UNEC-də onlayn müzakirələr aparılıb

UNEC-də onlayn müzakirələr aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin sərbəst işlərinin təşkilinə dair onlayn müzakirələr aparılıb.
Rektor Ədalət Muradovun, dekanların və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrdə tələbələrin sərbəst işlərinin onlayn hazırlanması, qiymətləndirilməsi və yüklənməsi istiqamətində təkliflər səsləndirilib. Bildirilib ki, sərbəst işlərin onlayn qəbulu və qiymətləndirilməsinin obyektiv aparılması üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Yeni qaydalar hazırlandıqdan sonra müəllim və tələbələrə bu barədə ətraflı məlumat veriləcək.
Görüşdə imtahana qədərki balların müəyyən edilməsilə bağlı da müzakirələr aparılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ilə əlaqədar UNEC-də distant dərslər evdən təşkil edildiyi üçün tələbələrin sərbəst işlərinin yazılması aprel ayının sonuna kimi dayandırılmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər