Bakı Xoreoqrafiya Akademiyasında bütün pillələr üzrə tədris distant olaraq davam etdirilir

Bakı Xoreoqrafiya Akademiyasında bütün pillələr üzrə tədris distant olaraq davam etdirilir Bakı Xoreoqrafiya Akademiyasının tam orta və orta ixtisas təhsil pillələri, bakalavriat və magistratura səviyyələri üzrə martın 11-dən başlanmış, özündə onlayn və videodərsləri ehtiva edən distant formalı tədris prosesi aprel ayı ərzində daha geniş şəkildə və tədris planına uyğun davam etdirilir.
Dərslərin keçirilməsinə və keyfiyyətinə mütəmadi olaraq struktur bölmələrinin rəhbərləri tərəfindən nəzarət edilir və həftəsonu rəhbərliyə hesabat verilir. Gündəlik olaraq akademiyada fəaliyyət göstərən təhsil pilləsi üzrə 100-ə yaxın müəllimin iştirakı ilə mövcud distant təhsildən 300-dən çox şagird və tələbə yararlanır. Bu da ay ərzində distant təhsilə 200-dən artıq müəllim və 500-dən artıq şagird - tələbə heyəti deməkdir.
Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi həftənin iş günləri ərzində gücləndirilmiş və real iş vaxtı rejimində onlayn formada işləyir və dərslərin vaxtlı-vaxtında internet üzərindən nümayişini təmin edir. Onlayn dərslər “WhatsApp” , “Skype” , “Zoom” və “Microsoft Teams” proqramları üzərindən, videodərslər isə akademiyanın rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsindən yayımlanır.
Distant dərslərin respublikada karantin müddəti tam bitənə qədər davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər