Tramp ABŞ-da koronavirusa qarşı vaksinin hazır olacağı tarixi açıqladı

Tramp ABŞ-da koronavirusa qarşı vaksinin hazır olacağı tarixi açıqladı ABŞ mütəxəssisləri, çox güman ki, bu ilin sonunadək yeni növ koronavirusa qarşı vaksin hazırlayacaqlar.
Bunu "Fox News" telekanalının efirində ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Biz ilin sonuna qədər koronavirusa qarşı vaksinimizin olacağına tam əminik. Biz bunun üzərində fəal işləyirik".
Qeyd edək ki, ABŞ-ın Con Hopkins Universitetinin hesabatına əsasən, ABŞ-da yeni növ koronavirusa 1 156 924 yoluxma halı, 67 451 ölüm halı qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər