Qubada sel avtomobilləri apardı - Video

Qubada sel avtomobilləri apardı - Video Qubada güclü yağış selə səbəb olub.
Vəlvələçayda suyun səviyyəsi qalxdığından sürücülərə çətinliklər yaranıb. Belə ki, “Niva” markalı avtomobil çayda batıb. Talış kənd sakini olan sürücü Tural Məmmədov suyun səviyyəsinin qalxdığını gördüyündən maşınını tərk etməli olub.
Bundan başqa, “UAZ” markalı avtomobili də sel suları aparıb. Yerfi kənd sakini olan sürücü Qabil Məməsiyev xəsarət almasa da, avtomobili yararsız hala düşüb.



Tehsil-press.az

Oxşar xəbərlər