UNEC-in əcnəbi tələbəsinin moderatorluğu ilə yeni layihə

UNEC-in əcnəbi tələbəsinin moderatorluğu ilə yeni layihə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və beynəlxalq əməkdaşlıq departamentinin birgə təşkilatçılığı ilə növbəti layihəyə start verilib.
Layihənin məqsədi tələbələrin ingilis dili biliklərini praktik danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, onların öz fikirlərini ingilis dilində düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
Layihə çərçivəsində UNEC-in tələbələrinə ingilis dilində ödənişsiz danışıq dərsləri (conversation club) keçirilib. Tələbələrin maraqla qatıldıqları dərsin moderatoru UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alan Amun Vazeri olub.
Dərslər hər həftənin cümə günü saat 15:00-dan16:00-dək UNEC-in Karyera Mərkəzində təşkil olunacaq. İştirak ödənişsiz və sərbəstdir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər