İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır
İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır. Bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib. Onun sözlərinə görə, ölkəyə gələnlər üçün ikihəftəlik karantin də ləğv edilir, lakin turistlər ekspress-testdən keçməli olacaqlar. Qeyd edək ki, İslandiyada 1802 nəfər koronavirusa yoluxub, 10 nəfər koronavirusdan ölüb.