Bu ölkə də sərhədlərini açır

Bu ölkə də sərhədlərini açır Tunis hökuməti iyunun 27-də ölkə sərhədlərini açmaq niyyətindədir. Bu qərar bazar ertəsi Baş Nazir Elias Fəhfahın sədrliyi ilə Koronavirusa Qarşı Mübarizə üzrə Milli Komissiyanın iclasının nəticələrinə əsasən qəbul edilib.
“Sosial-iqtisadi vəziyyət və sanitar şəraitin müzakirəsindən sonra komissiya iyun ayının 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarını verdi”, - məlumatda qeyd edilir.
Komissiya, həmçinin ölkə daxilində əhalinin əyalətlər arasında hərəkət məhdudiyyətinin iyunun 4-dən etibarən aradan qaldırılması barədə qərar qəbul edib.
Tunis Səhiyyə Nazirliyinin ən son məlumatlarına əsasən, ölkədə 1 084 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 48-i vəfat edib, 964-ü sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər