UNEC-in 90 illik yubileyində daha bir uğuru

UNEC-in 90 illik yubileyində daha bir uğuru RUR reytinq agentliyi bu il iyunun 29-da dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.
Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu reytinq sıralamasında bu ali təhsil ocağı daha bir uğura imza atıb. Belə ki, Texniki elmlər ixtisası sahəsində UNEC dünya üzrə 718-ci, Azərbaycanda isə birinci yerdə qərarlaşıb. Həmçinin Təbiət elmləri ixtisası üzrə UNEC dünyada 692-ci, Azərbaycanda isə ikinci yerə yüksəlib.
Qeyd edək ki, RUR reytinq agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və baş ofisi Moskva şəhərində yerləşir. Agentlik hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100-dən artıq universitetin fəaliyyətini 20 göstərici və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. Agentlik universitetlərin tədqiqat fəaliyyətini “Calrivate” şirkətinin tədqiqat bazaları əsasında ölçür.

Tehsil-press.az

Oxşar xəbərlər