İlahiyyat İnstitutunda müsabiqə: Vətənimin şairləri – şairlər Vətəni

İlahiyyat İnstitutunda müsabiqə: Vətənimin şairləri – şairlər Vətəni Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsi keçiriləcək.
Müsabiqə tələbələrin dünyagörüşünün artırılması, maarifləndirilməsi, onların mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması, həmçinin gənclərdə yüksək mənəvi keyfiyyətlər və vətənpərvərlik duyğularının aşılanması məqsədilə təşkil olunur.
Azərbaycan ədəbiyyatı tarixində iz qoymuş şairlərin həyat və yaradıcılığına dair sualların yer alacağı müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.
Müsabiqəyə qatılmaq istəyən tələbələr iyulun 17-dək ad, soyadı, ata adı, tədris ili və qrup nömrələrini [email protected], [email protected] elektron poçt ünvanlarına, yaxud (+99455) 200 21 03, (+99455) 529 93 80 “WhatsApp” nömrələrinə göndərməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər