Esse müsabiqəsi: “Qarabağ Azərbaycandır!”

Esse müsabiqəsi: “Qarabağ Azərbaycandır!” Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) gənclərin vətənpərvərlik, milli-mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə tələbələr arasında keçirilən “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi noyabrın 25-dək davam edir.
Müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edir.
Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında dərc edilməmiş, 2500 sözdən çox olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse (elektron formada [email protected] elektron poçt ünvanına, həmçinin kağız formada institutun Magistratura və doktorantura şöbəsinə), şəxsiyyət vəsiqəsi və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər.
Qalib gələn tələbələr mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər