Ağ Evdə həyəcanlı anlar - Bir nəfər vuruldu

Ağ Evdə həyəcanlı anlar - Bir nəfər vuruldu ABŞ Prezidenti Donald Tramp ötən gün mətbuat konfransı keçirərkən anidən proqramı dayandıran təhlükəsizlik qrupu tərəfindən salondan çıxarılııb.
Hadisə zamanı salondakı müxbirlərin çölə çıxmasına icazə verilməyib. Bir neçə dəqiqə sonra isə Tramp geri qayıdıb və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu açıqlayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Tramp Gizli Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. O, özünü Ağ Evdəki Gizli Xidmətlə təhlükəsizlikdə hiss etdiyini və hər kəsə təşəkkürünü bildirdikdən sonra gündəmi qiymətləndirməyə davam edib.
Şübhəlinin Ağ Evə nə qədər yaxın olduğunu bilmədiyini söyləyən Trump, salondan çıxarıldıqdan sonra bunkerə deyil, Oval Ofisə aparıldığını bildirib.
“Dünyanın hər zaman belə təhlükəli bir yer olması çox təəssüf doğurucudur. Düşünürəm ki, bu, bir müddət də belə davam edəcək” ,- deyə Amerika lideri qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər