Tramp Navalnı haqda suala cavab verməkdən imtina etdi

Tramp Navalnı haqda suala cavab verməkdən imtina etdi ABŞ Prezidenti Donald Tramp jurnalistin Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) təsisçisi, rusiyalı müxalifətçi Aleksey Navalnı ilə baş vermiş insidentlə bağlı sualına cavab verməkdən imtina edib.
Amerikalı liderdən “Navalnını kim zəhərləyib?” deyə soruşdular. “Biz bu barədə gələn dəfə danışarıq”, - deyə Tramp bu mövzuya geri dönməyə söz verdi.
Daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, baş vermiş bütün faktlar məlum olan kimi Vaşinqton vəziyyətə mütləq reaksiya verəcək. ABŞ Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) nəticələrini gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər