“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib

“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib.
Seminarda postpandemiya dövründə logistikanın inkişafına marketinq, maliyyə, insan resursları və tədarük amillərinin təsiri barədə məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətdə Azərbaycan hökümətinin qərarlarına və strateji yol xəritəsinə uyğun olaraq sənaye müəssisələri ilə universitetlərin fəaliyyət sahələrinin genişləndirilməsi imkanlarının artırılması iqtisadi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, hazırda AzTU-da Logistika Tədris Mərkəzi yaradılır.

Tehsil-press.az

Oxşar xəbərlər