Azərbaycan Texniki Universitetində ilk dəfə onlayn “Məzun günü” keçirilib

Azərbaycan Texniki Universitetində ilk dəfə onlayn “Məzun günü” keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə onlayn “Məzun günü” keçirilib.
“Məzun günü” universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə “Zoom” proqramı üzərindən təşkil edilib.
Əvvəlcə rektor Vilayət Vəliyevin videotəbriki nümayiş olunub. Dekanlar və professor-müəllim heyəti tələbələrə təbriklərini və arzularını çatdırıblar.
Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim olunub.
Bildirilib ki, universitetin 19 əlaçı və fəal məzunu fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

Tehsil-press.az

Oxşar xəbərlər