Coğrafiya İnstitutunun magistrantları imtahanı uğurla veriblər

Coğrafiya İnstitutunun magistrantları imtahanı uğurla veriblər Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 2020/2021-ci tədris ili üzrə magistrantların onlayn qış imtahan sessiyası keçirilir.
Təhsil şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Müseyib Yunusovun rəhbərliyi ilə 2-ci kurs magistrantlar relyefin morfogenetik təhlili, landşaftların tədqiqat metodları və xəritələşdirilməsi, Xəzərin su mübadiləsi və axınları fənlərindən imtahan veriblər. Magistrantlar əla qiymətə layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər