Tələbələrə İspaniyanın təhsil sistemi haqqında məlumat verilib

Tələbələrə İspaniyanın təhsil sistemi haqqında məlumat verilib İspaniyanın Nebrixa Universitetinin İspanşünaslıq mərkəzinin direktoru Pilar Alkover Santos və həmin mərkəzin onlayn proqramlar üzrə direktoru Xavier Diaz ilə Azərbaycan Dillər Universitetinin (ADU) ispandilli tələbə və müəllim heyəti arasında görüş keçirilib.
İspan dili mərkəzinin təşkil etdiyi görüşdə tələbələr onlayn təşkil olunan proqramların mövzuları ilə yaxından tanış olublar. Həmçinin tələbələrə Nebrixa Universitetinin təhsil sistemi haqqında məlumat verilib.
Sonda müəllimlərin və tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər