ADNSU-nun əməkdaşları beynəlxalq sertifikasiyadan keçiblər

ADNSU-nun əməkdaşları beynəlxalq sertifikasiyadan keçiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU əməkUniversitetin Sənaye iqtisadiyyatı və menecment kafedrasının dosenti Zaur Əsədov, kafedranın assistenti Rəna Məmmədova və Ümumi və tətbiqi riyaziyyat kafedrasının assistenti Elviz İsmayılov AzPMA (Azerbaijan Project Managment Associastion – Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası) tərəfindən təşkil olunmuş “Layihələrin idarə edilməsi” təlimini uğurla başa vuraraq sertifikasiyadan keçiblər.
Assosiasiyanın vitse-prezidenti Fərid Kazımov və təlimçisi, qiymətləndirmə üzrə ekspert Rəşad İbrahimovun apardığı 3 həftəlik təlimlər onlayn formatda təşkil olunub. Universitetin əməkdaşları təlim proqramının tamamlanmasının sonunda müvafiq imtahanlardan uğurla keçərək IPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatını əldə ediblər. Əməkdaşların hər üçünə “D” dərəcəli sertifikat təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər