Dövlət İmtahan Mərkəzində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib Dövlət İmtahan Mərkəzin (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanlarını keçirib.
Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan informasiya texnologiyaları və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
-“Cisco Systems, Inc.” şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;
-“Fortinet” korporasiyasının “Fortinet NSE 4 - FortiOS 6.2” sertifikat imtahanı;
-PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı.
Keçirilən imtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.
İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər