Azərbaycandan İrana yalnız bu şərtlərlə gedə bilərsiniz

Azərbaycandan İrana yalnız bu şərtlərlə gedə bilərsiniz İranın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən, Azərbaycan vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.
Bununla bağlı İranın Bakıdakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.
Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək, İrana getmək üçün giriş icazəsi almalıdılar.
İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:
“Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

Tehsil-press.az



Oxşar xəbərlər