Əlində Putinin portreti ilə peyvənd olundu

Əlində Putinin portreti ilə peyvənd olundu Argentinanın Buenos-Ayres əyalətinin Roka-Peres şəhərinin meri Xuan Karlos Qasparini əlində Rusiya Prezidenti Vladimir Putinin portreti ilə peyvənd olunub. Sözügedən fotonu o, tvitter səhifəsində paylaşıb.
“Mən peyvənd olundum! Alberto Fernandes (Prezident-red.), Aksel Kisilof (qubernator), Kristina Fernandes de Kirşner (vitse-prezident), çox sağ olun. Deyirdilər ki, onlar bizi zəhərləyəcək, onlar isə bizim həyatımızı xilas edir”, - şəhər meri paylaşımında yazıb.
Qeyd edək ki, dekabrın 29-da Argentinada vaksinasiya prosesi başlayıb. Ölkə Rusiya istehsalı olan “Sputnik V” vaksinindən istifadə edir.

Tehsil-press.az



Oxşar xəbərlər