“CISCO”nun təlimlərini bitirən Azərbaycan Texniki Universiteti əməkdaşlarına sertifikatlar təqdim olunub

“CISCO”nun təlimlərini bitirən Azərbaycan Texniki Universiteti əməkdaşlarına sertifikatlar təqdim olunub Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CISCO” şirkəti arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində şirkətin təşkil etdiyi onlayn təlimlərdə iştirak etmiş AzTU əməkdaşlarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Rektor Vilayət Vəliyev “CISCO” şirkəti ilə universitet arasında əməkdaşlığın uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, əməkdaşlığın inkişafı üçün mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.
“CISCO” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda, bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında məlumat verib.
Sonra sertifikatlar təqdim olunub. Qeyd edilib ki, “CISCO”nun beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə universitetin kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri biliklərini təkmilləşdirib, müxtəlif virtual və real alətlər, şəbəkə avadanlıqları ilə işləmək imkanı qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər