
E.Babayev 2020/2021-ci tədris ilinin yaz semestrinin təşkilində əldə olunan uğurlar, Universitet alimlərinin elmi nailiyyətləri, elmi-tədqiqatların nəticələri, keçirilmiş onlayn elmi konfrans, ustad dərsləri, elmi seminarlar, xarici universitetlərlə əməkdaşlıq, pandemiya dövründə Universitetdə həyata keçirilən preventiv və qabaqlayıcı tədbirlər haqqında da danışıb.
Daha sonra Coğrafiya və Şərqşünaslıq fakültələrinin 2020-ci il üzrə hesabatı dinlənilib. Elmi şura üzvləri - akademik Vasif Babazadə, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, professorlar Aydın Kazımzadə, Cahangir Məmmədli, Zeynalabdin Həsənəliyev, Vaqif Qasımov çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.
Şura öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.
Tehsil-press.az