Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qdansk Universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qdansk Universiteti ilə əməkdaşlığa başlayıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Polşanın Qdansk Universiteti arasında onlayn formatda görüş keçirilib.
Tədbirdə tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, rəhbəri olduğu universitet qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman hazırdır.
Görüş zamanı yaxın günlərdə universitetlərin mütəxəssislərinin prioritet sahələri müəyyənləşdirəcəkləri qeyd olunub. Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Qdansk Universitetinin rektoru, professor Piotr Stepnovskinin memorandum imzalayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər