Çikaqo Dövlət Universitetinin professoru BDU-nun tələbələrinə mühazirə oxuyub

Çikaqo Dövlət Universitetinin professoru BDU-nun tələbələrinə mühazirə oxuyub Bakı Dövlət Universitetində (BDU) xarici ölkələrin tanınmış alimlərinin, elm adamlarının silsilə mühazirələri təşkil olunur. Növbəti mühazirəni Biologiya fakültəsində ABŞ-ın Çıkaqo Dövlət Universitetinin Mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklər departamentinin professoru Nadim Fazal oxuyub.
Nadim Fazalın "COVID-19 və həkimlərin üzərinə düşən məsuliyyət" mövzusunda mühazirəsində biologiya ixtisası üzrə ingilis bölməsində təhsil alan tələbə və magistrantlar, eləcə də professor-müəllim heyəti iştirakı edib. Tədbirdə peyvəndlərin hazırlanması, onları təsiri və effektivliyi mövzusunda fikir mübadiləsi aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər