Keçən il 2228 dövlət qulluqçusunun xidməti fəaliyyəti əla qiymətləndirilib

Keçən il 2228 dövlət qulluqçusunun xidməti fəaliyyəti əla qiymətləndirilib Ümumilikdə 2020-ci il üzrə mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, yerli icra hakimiyyəti orqanları və məhkəmələr üzrə inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan 11261 dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib. Onlardan 2228-nin fəaliyyəti əla, 6603-nün fəaliyyəti yaxşı, 2395-nin fəaliyyəti qənaətbəxş, 35-nin fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib.
Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda əks olunub.
Hesabatda bildirilir ki, xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq 63 dövlət qulluqçusu rəhbər vəzifələrin tutulması məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilib, 11 dövlət qulluqçusuna vəzifə maaşının 1 misli, 6 dövlət qulluqçusuna qiymətli hədiyyələr, 6 dövlət qulluqçusuna isə növbəti ixtisas dərəcəsi verilməsi üçün müvafiq təqdimat verilib.
Dövlət orqanları tərəfindən qiymətləndirmə nəticəsində dövlət qulluqçularının təlimlərə olan tələbatları müəyyən edilib və həmin tələbata uyğun olaraq dövlət qulluqçularının cari ildə müvafiq təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinə uyğun olaraq 32 halda xidməti fəaliyyətin qiymətləndirilməsi, 43 halda norma yaradıcılığı, 14 halda mühasibat uçotunun aparılması, 53 halda informasiya-kommunikasiya texnologiyaları, 112 halda etik davranış qaydaları, 13 halda kadr işinin aparılması və dövlət qulluğu məsələləri, 89 halda kargüzarlığın (o cümlədən elektron kargüzarlığın) aparılması və sənədlərlə iş üzrə bilik və bacarıqların təkmilləşdirilməsinə, habelə 20-yə yaxın digər mövzularda təlimlərin keçirilməsinə ehtiyac olduğu müəyyən olunub.

Tehsil-press.az


Oxşar xəbərlər