ADNSU-nun yeni layihəsi beynəlxalq standartlara uyğunluq sertifikatı alıb

ADNSU-nun yeni layihəsi beynəlxalq standartlara uyğunluq sertifikatı alıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin layihəsi çərçivəsində hazırlanmış yeni model “Zəfər” ZMS 100x70 tipli siyirtməsinin beynəlxalq standartlara uyğunluq sertifikatının Hydasun Rapid Solutions LLC şirkəti tərəfindən təqdimatı keçirilib.
“Zəfər” ZMS100x70 siyirtməsi 2019-cu ildə bu ali məktəbin rektoru, professor Mustafa Babanlının təşəbbüsü ilə universitet layihəsi çərçivəsində “Sənaye maşınları” kafedrasının müdiri, dosent Camaləddin Aslanovun rəhbərliyi ilə “Neftqazmaş” ASC ilə birgə ərsəyə gətirilib.
Tədbirdə rektor M.Babanlı çıxış edərək belə bir layihənin müsbət nəticə verməsindən məmnun olduğunu deyib. Qeyd edilib ki, universitet dövlət qurumları və şirkətlərlə əməkdaşlıqda maraqlıdır və bundan sonra da bu və ya digər formada əməkdaşlıq daha da genişləndiriləcək.
Eyni zamanda məlumat verilib ki, “Ümid Babək” Beynəlxalq Əməliyyat Şirkətinin qeyd edilən siyirtmənin qazma prosesinə tətbiqi ilə bağlı ADNSU-ya müraciəti əsasında siyirtmənin beynəlxalq standartları uyğunluq sertifikatlaşması Hydasun Rapid Solutions LLC tərəfindən aparılıb.
Sonda “Zəfər” ZMS100x70 siyirtməsinin beynəlxalq standartlara uyğunluq sertifikatı Haydrasun şirkətin Bakı ofisinin rəhbəri İon Paton tərəfindən rektor Mustafa Babanlıya təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər