ADNSU Polşanın Krakov Neft və Qaz İnstitutu ilə əməkdaşlıq edəcək

ADNSU Polşanın Krakov Neft və Qaz İnstitutu ilə əməkdaşlıq edəcək Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Polşanın Krakov Neft və Qaz İnstitutunun nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib, müxtəlif istiqamətlərdə aparılan islahatlardan danışıb.
Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, elm sahəsində əməkdaşlıq, beynəlxalq qrant müsabiqələrində birgə iştirak haqqında razılıq əldə olunub. Eyni zamanda, elm sahəsində birgə əməkdaşlığa dair fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər