
Bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.
Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.
Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Həmin görüntülərdə R.Göyüşov iş başında ikən mesenger vasitəsilə ona zəng edən "qadın" qarşısında soyunub. Maraqlısı isə budur ki, zəng edən və kamera qarşısında soyunan əslində, qadın deyil. Bu, sadəcə şantajçılar tərəfindən istifadə edilən proqramdır. Onu da bildirək ki, son günlərdə sosial şəbəkələrdə bu üsulla qurbana çevrilənlərin sayı artıb.
Tehsil-press.az