İrkutskda bir günlük matəm elan olundu

İrkutskda bir günlük matəm elan olundu Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsinin qəzaya düşməsi səbəbindən bir günlük matəm elan olunub.
Vilayətin qubernatoru İqor Kobzev bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 15-i İrkutsk vilayətində matəm günü elan olunub.
Qeyd edək ki, sentyabrın 12-si İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib. Təyyarə Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. O, Kazaçinskiyə İrkutskdan uçurmuş.
Təyyarənin göyərtəsində iki ekipaj üzvü daxil olmaqla 14 nəfər olub. Eniş zamanı hava gəmisi tamamilə sıradan çıxıb. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir.

Tehsil-press.az


Oxşar xəbərlər