İbrahim Yusifoğlunun növbəti şeirlər kitabı işıq üzü görüb

İbrahim Yusifoğlunun növbəti şeirlər kitabı işıq üzü görüb Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun növbəti şeirlər kitabı “Şirvannəşr”də çap olunub.
İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi” kitabında onun şeirləri və poeması toplanıb.
Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun bu kitabının “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” adlı “Ön söz”də şairin bədii yaradıcılığına hərtərəfli münasibət bildirilib.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızı, kompüter tərtibçisi Əfsanə Bağırova, naşir Qəşəm İsabəylidir.
Müəllifinin otuzuncu kitabı olan bu nəşrdə lirik şeirlərlə yanaşı, zəfər nəğmələri də yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər