132-134 nömrəli Təhsil Kompleksində 239 şagird 1-ci sinifdə təhsil alacaq

132-134 nömrəli Təhsil Kompleksində 239 şagird 1-ci sinifdə təhsil alacaq Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində I-IV siniflər üçün 2021-2022-ci tədris ili başlanıb. İlk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Təhsil müəssisəsində koronavirus (COVID-19) pandemiyası zamanı xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq lazımi tədris şəraiti yaradılıb.
Bu il məktəbin 1-ci sinfinə 239 şagird qəbul olunub.
Ötən tədris ilində Təhsil Kompleksinin 110 məzunu olub və onlar Azərbaycanın və xarici ölkələrin (Türkiyə, Böyük Britaniya, Ukrayna. Rusiya və s.) nüfuzlu universitetlərinə qəbul ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər