Təhsil Kompleksi: Məzunlar ümidləri doğruldur

Təhsil Kompleksi: Məzunlar ümidləri doğruldur 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksini 76 şagird bitirib, onlardan 98 faizi qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu universitetlərə qəbul olunub.
Bu barədə Tehsil-press.az-a Təhsil Kompleksindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında məzunlardan 10 nəfəri 600-dən çox bal toplayıb.
Məzunların arasında xarici ölkələrin ali məktəblərinə qəbul olunanlar da var. Onlar ABŞ, Türkiyə, Böyük Britaniya, Rusiya Federasiyası, İspaniya, Gürcüstan və digər ölkələrin universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar.
Xatırladaq ki, tədris ilində Təhsil Kompleksinin məzunlarından 3-ü qızıl medala layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər