BDU-da “Yaradıcı olmaq üçün özünə fürsət ver” adlı təlim keçirilib

BDU-da “Yaradıcı olmaq üçün özünə fürsət ver” adlı təlim keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyətə başlayan “TED Club”ın təşəbbüsü ilə “Yaradıcı olmaq üçün özünə fürsət ver” adlı onlayn təlim keçirilib.
Təlimdə psixoloq Leyla Azadi yaradıcı təfəkkürə, yüksək elmi qabiliyyətə malik şəxsiyyətin formalaşmasında strateji məqsədlər haqqında məlumat verib.
Tədbirdə çıxış edən tələbələr – “TED Club”ın moderator Zəkiyyə Məmmədova, “TED Club”ın sədri Cahan İsmayılova intellektual bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmaların tətbiqinin vacibliyi barədə danışıblar.
Sonra tələbələr fikirlərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər