Bu ilin yanvarında 32 yaşlı gəlinini qətlə yetirən 75 yaşlı İdris Məhərrəmovun məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. İdris Məhərrəmova 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İstintaqla müəyyən edilib ki, İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı başqa şəxslərlə münasibəti olmasına görə öldürüb.
Hadisə vaxtı İ.Məhərrəmovun oğlu ölkə xaricində olub. O, gəlininə sərbəst həyat tərzi sürməsinə görə bir neçə dəfə xəbərdarlıq edib və buna görə aralarında mübahisələr yaranıb. İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı bıçaqlayaraq öldürüb. Daha sonra meyiti balta ilə doğrayaraq zibil qutusuna atıb.
Tehsil-press.az