Azərbaycan İlahiyyat İnstitutunda xüsusi karantin rejiminin tətbiqi qaydalarına ciddi riayət edilir

Azərbaycan İlahiyyat İnstitutunda xüsusi karantin rejiminin tətbiqi qaydalarına ciddi riayət edilir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) hazırda bütün dərslər əyani formada davam edir.
Tədrisin əyani formada davamlı olması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına, həmçinin Təhsil Nazirliyinin müvafiq əmrlərinə riayət edilir.
Hazırda ali təhsil müəssisəsində yoluxma halı yoxdur, əvvəlki günlərdə də qeydə alınmayıb.
İnstitutun rəhbərliyi, müəllimləri və əməkdaşları hər iki doza vaksinasiya, tələbələrdən isə bəziləri hər iki doza, bəziləri isə birinci doza vaksin olunublar. Elmi müəssisədə əks-göstəriş sertifikatı təqdim edən əməkdaşlar və təhsilalanlar da mövcuddur.

Tehsil-press.az

Oxşar xəbərlər