Kayseridə qohumların davası qanla bitdi - Üç ölü, dörd yaralı

Kayseridə qohumların davası qanla bitdi - Üç ölü, dörd yaralı Türkiyənin Kayseri vilayətinin Tomarza rayonunda qohumlar arasında ərazi üstündə çıxan dava ölümlə nəticələnib.
Ərazi anlaşılmazlığına görə E.G. belindəki silahla dayısının oğulları Səlim, Bayram, Əfəndi və onların anası Elifə güllə yağdırıb.
Səlim və Bayram hadisə yerində, Elif G. isə aparıldığı xəstəxanada həyatını itirib.
Hadisə zamanı yaralanan dörd nəfərin müalicəsi davam edir.
Qohumlarını öldürən cinayətkar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər