
Sərgidə peşə təhsili mərkəzlərinin nümayəndələri tikinti və inşaat ilə əlaqəli sahələrdə cari resursları barədə iştirakçılara məlumat verir, özəl sektor şirkətləri ilə B2B görüşlərdə iştirak edir, eləcə də bazarın mövcud tələbələri haqqında daha çox məlumat əldə etmək və müxtəlif qurumlarla əməkdaşlıq qurmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzəalıyev sərgini ziyarət edərək peşə təhsilinin təbliği istiqamətində əməkdaşlıq haqqında məlumat verib.
“Gələcək üçün peşə təhsili” layihəsi tərəfdaşlıq imkanları haqqında müzakirələr aparılması məqsədilə bu sərgidə iştirak edən müvafiq şirkətlər üçün “Açıq qapı” günləri və dəyirmi masalar keçirməyi planlaşdırır.
Tehsil-press.az