Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki ABŞ bazası raket atəşinə tutulub. Bu barədə Suriyanın “Əl-Vatan” nəşri məlumat yayıb. Qəzetin Deyr əz-Zor əyalətindəki mənbələri ABŞ qüvvələrinin “Ömər” neft yatağı yaxınlığındakı bazasının raket atəşinə tutulduğunu və tüstü qatının göründüyünü bildiriblər.