UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, ali təhsil müəssisələrində müəllimlə imzalanan müqavilədə tədrisin nəticələrinə dair onun öhdəlikləri göstərilmir, tədqiqat öhdəliyi önə çəkilmir, ali təhsil müəssisələrinin müəllimlər qarşısında öhdəliklərinə diqqət yetirilmir və bütövlükdə müqavilə formal xarakter daşıyırdı. Bu gün də müəllimlə imzalanan müqavilə formal xarakter daşıyır, forma və məzmunca sovet xarakterlidir.

Tehsil-press.az


Oxşar xəbərlər