Sosial media marketinqi barədə kitab çap olunub

Sosial media marketinqi barədə kitab çap olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi, Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədlinin “Peşə təhsili müəssisələrində sosial media marketinqi” adlı kitabı çap olunub.
Dərslik Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanıb.
Dərslikdə marketinqə aid beynəlxalq nümunələrlə yanaşı, yerli bazarda olan bir çox praktik nümunələr, eləcə də marketinq alətlərinin yerli bazarda tətbiqinə dair nümunələr göstərilib. Yerli və beynəlxalq keyslərin yer aldığı kitab məzmun baxımından sosial media marketinqi ilə maraqlananlar üçün praktik alət hesab oluna bilər.

Tehsil-press.az


Oxşar xəbərlər