BDU-nun tələbələri şəhid Şamil Nəcəfovun ailəsini ziyarət ediblər

BDU-nun tələbələri şəhid Şamil Nəcəfovun ailəsini ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvləri Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu şəhid Şamil Nəcəfovun ailəsini ziyarət ediblər.
Ziyarətdə BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, sədr müavini Ələkbər Həsənov və Kimya fakültəsi üzrə TGT sədri Əli Qədirli iştirak ediblər. Şəhid Şamil Nəcəfovun valideynləri oğulları haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.
Sonra tələbələr şəhidin məzarını ziyarət ediblər.
Şamil Nəcəfov Vətən müharibəsi zamanı Murov istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər