Texniki Universitetin əməkdaşları şəhid Elçin Əzizovun ailəsini ziyarət ediblər

Texniki Universitetin əməkdaşları şəhid Elçin Əzizovun ailəsini ziyarət ediblər Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunu Elçin Əzizovun ailəsini ziyarət ediblər.
Şəhidin ailə üzvləri ilə görüş zamanı Elçin Əzizovun tələbəlik illərindən söhbət açılıb, onun vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı qeyd olunub. AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın azadlığı uğrunda gedən bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi vurğulanıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az

Oxşar xəbərlər