“Rəqəmsal marketinq” kursu yekunlaşıb

“Rəqəmsal marketinq” kursu yekunlaşıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ömürboyu Təhsil Mərkəzinin “Rəqəmsal marketinq” kursunun 2 aylıq proqramı uğurla yekunlaşıb.
Onlayn formatda keçirilən kursda 5 ekspert tərəfindən rəqəmsal marketinqin müxtəlif istiqamətlərinə aid praktik biliklər tədris olunub.
Kursda tədris edilən materialların daha yaxşı mənimsənilməsi məqsədilə seminar təşkil olunub. Seminarda “Elseo.az” şirkətinin direktoru Elşən Cəfərov, “Kontakt Home” şirkətinin rəqəmsal marketinq komandasının rəhbəri Anar Heravasov və “Endorphine” reklam agentliyinin rəqəmsal komandasının rəhbəri Müşfiq Şirəliyev iştirakçılara müxtəlif istiqamətlər üzrə tapşırıqlar veriblər, onların suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər