“Universal Group” şirkətinin nümayəndələri tələbələrlə görüşüb

“Universal Group” şirkətinin nümayəndələri tələbələrlə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin təşkilatçılığı ilə “Universal Group” şikətinin nümayəndələrinin İqtisadiyyat və Menecment, Qaz-neft mədən fakültələrinin 4-cü kurs tələbələri ilə görüşü keçirilib.
Şirkətin Satınalma üzrə qrup direktoru Nurəddin Həsənov, “AZ Global” tikinti şirkətinin rəhbəri Zaur Şirməmmədov, Maliyyə departamentinin əməkdaşı Fidan Əli-Azərli, İnsan resursları və inzibatı şöbə müdiri İlfanə Pənahova şirkət haqqında təqdimatla çıxış ediblər.
Sonra IV kurs, magistratura tələbələri və məzunlar üçün nəzərdə tutulan “Kilkə” adlı yay təcrübə proqramı haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Universal Pro” MMC inşaat sektorunda 1998–ci ildən fəaliyyət göstərir. Şirkət inşaat bazarı və neft-qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olaraq, müştərilərinə sənaye avadanlığının geniş portfelini təklif edir.

Tehsil-press.az


Oxşar xəbərlər