“SPM Oil and Gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri tələbələrlə görüşüb

“SPM Oil and Gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri tələbələrlə görüşüb “SPM Oil and Gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri Elnur Qulamov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrlə görüşüb.
Rəhbərlik etdiyi şirkət haqqında təqdimatla çıxış edən E.Qulamov şəxsi təcrübəsindən və Azərbaycanda, eləcə də regionda şirkət tərəfindən neft-qaz üzrə görülən işlərdən danışıb.
Görüşdə tələbələrə, həmçinin şirkət tərəfindən istehsal olunan avadanlıq, müvafiq sahələrdə innovativ texnologiyaların gətirilməsi, istismarı və quraşdırılması, eləcə də şirkətdə təcrübə və iş imkanları barədə məlumat verilib. Gənclər üçün karyera planlaması və motivasiyaedici faktorlardan danışılıb.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, “SPM Oil and Gas” neft-mədən avadanlığında istifadə olunan məhsulların, o cümlədən fırlanan mexanizmlərin istehsalı və təmin edilməsi xidmətləri, avadanlıq və maşınların layihələndirilməsi, quraşdırılması, istismarı, sınaqları, təmiri, yoxlanılması və fırlanan mexanizmlərin ehtiyat hissələrinin istehsalı ilə məşğul olan şirkətdir.

Tehsil-press.az


Oxşar xəbərlər