Kanada Putinə sanksiya tətbiq etdi

Kanada Putinə sanksiya tətbiq etdi Kanada Rusiya Prezidenti Vladimir Putinin, onun hökumətinin 1000-ə yaxın digər üzvünün və hərbçilərinin ölkəyə girişini qadağan edib.
Bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino öz bəyanatında bildirib.
"Putin rejiminin yaxın adamlarının və əsas tərəfdarlarının, o cümlədən, bu əsassız təcavüzə görə məsuliyyət daşıyanların ölkəmizə daxil olmasını qadağan etmək Rusiyanı cinayətlərinə görə cavabdeh tutmağın bir çox üsullarından biridir", - deyə Mendiçino qeyd edib.
O, Kanadanın Ukraynanın paytaxtında səfirliyini yenidən açdığını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər