Rusiyada yaşayan azərbaycanlı alim Rusiya Fəlsəfə Cəmiyyətinin fəxri fərmanına layiq görülüb

Rusiyada yaşayan azərbaycanlı alim Rusiya Fəlsəfə Cəmiyyətinin fəxri fərmanına layiq görülüb Azərbaycan mənşəli Rusiya alimi, fəlsəfə elmləri namizədi Ariz Gözəlov Rusiya Fəlsəfə Cəmiyyətinin fəxri fərmanına layiq görülüb.
Moskvada “Polisentrik dünyada fəlsəfə” mövzusuna həsr edilmiş VIII Rusiya Fəlsəfə Konqresi keçirilib. Tədbir çərçivəsində fəlsəfi araşdırmaların əsas istiqamətləri üzrə seksiyalar, simpoziumlar və dəyirmi masalar təşkil edilib.
Alimlər fəlsəfə tarixi və fəlsəfi nəzəriyyələr, fəlsəfə və cəmiyyət, Rusiyanın təhsil məkanında fəlsəfə və sair problemləri müzakirə ediblər.
Tədbirin gedişində fəlsəfə elmləri namizədi Ariz Gözəlov fəlsəfədə və fəlsəfi təhsildə sanballı nailiyyətlərə, həmçinin Rusiya Fəlsəfə Cəmiyyətinin inkişafına verdiyi töhfələrə görə Cəmiyyətin fəxri fərmanı ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər