Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil ediləcək

Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil ediləcək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçiriləcək.
Sərgidə tələbələrin 100-ə yaxın əsəri nümayiş etdiriləcək. Burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər fakültənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edir.

Tehsil-press.az


Oxşar xəbərlər