UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar UNEC tələbələrinin komandası TEKNOFEST yarışının final mərhələsinə vəsiqə qazanıb.
Selçuk Bayraktar tərəfindən təşkil olunan beynəlxalq yarışda “Kənd təsərrüfatı texnologiyaları” kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni də (84.50 bal) məhz UNEC komandası göstərərək və finala keçən komandalar sırasında birinci yerdə yüksəlib.
UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası kənd təsərrüfatı texnologiyaları kateqoriyasında dron ideyasını təqdim edib. Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.
Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.
Dünyanın ən böyük texnoloji yarışlarından biri olan TEXNOFEST-in əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər