Peter Mixalko: Avropa İttifaqı peşə təhsili sahəsində fəaliyyət göstərən qurumlara öz dəstəyini davam etdirəcək

Peter Mixalko: Avropa İttifaqı peşə təhsili sahəsində fəaliyyət göstərən qurumlara öz dəstəyini davam etdirəcək Avropa İttifaqı öz dəstəyini bundan sonra da davam etdirərək Azərbaycan ilə tərəfdaşlığı daha da gücləndirəcək. Bu dəstək xüsusilə peşə təhsili sahəsində fəaliyyət göstərən qurumlara yardımın göstərilməsindən ibarətdir ki, mövcud təhsil ocaqları daha da müasirləşsin və əmək bazarının tələblərinə uyğun olaraq bacarıqlara əsaslanan ixtisaslar mənimsənilsin.
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko “Bir peşənin sirri” festivalının açılış mərasimində çıxışı zamanı bildirib.
“Mən çox şadam ki, bu səylərin göstərilməsində biz nəinki təhsil ocaqlarının nümayəndələri, o cümlədən işəgötürənlərlə birgə çalışırıq. Hər il əmək bazarına daxil olan on minlərlə gənc yaxşı məvaciblə özünə layiq işlə təmin olunur. Biz çox məmnunuq ki, bu işlər nəinki Bakıda, həmçinin rayonlarda icra edilir”, - deyə səfir bildirib.
Qeyd edək ki, festival Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhərdə Qoşa Qala meydanında təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər